- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Baş Prokurorluğun İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 50-yə yaxın şəxs cəlb olunub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir ay öncə həbs edilən iki fəalı – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevlə bağlı istintaq yekunlaşıb.
Anar Abdulla haqqında məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Həbsdə olan jurnalist Fərid Mehralızadə deyir ki, onu AzadlıqRadiosunun Azərbaycan xidmətində yayımlanan iqtisadi mövzuda araşdırmalarına, təhlillərinə görə cəzalandırıblar.
"Adamın əmlakı əlindən alınıb, dövlət nəfinə niyə verilməlidir?".
Bu gün, aprelin 4-də Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 7.4 faiz düşərək bir barel üçün 64.74 dollar olub.
"Enerjiyə tələbat aşağı düşsə, qiymətlər ensə, bu, Azərbaycana da təsir edəcək".
Jurnalistlər bildiriblər ki, səhər saat 8-dən Bakı İstintaq Təcridxanasından məhkəmə binasına gətirilsələr də, axşam saatlarınadək ac-susuz saxlanılıblar.
"Onu bu vəziyyətdə həbsdə saxlamaq işgəncədir, qeyri-insani davranışdır".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) həbsdəki üzvlərindən partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun bir aydan çox sürən aclığını martın 30-da dayandırdığı bildirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı sədrinin keçmiş müavini, kimyaçı alim Raya Nəcəfova 11 nəfərə qarşı dələduzluqda təqsirli bilinib.
Yeni doğulan körpənin atası bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilsə də, ona şərti cəza verilib.
Baş məşqçisi postuna portuqaliyalı mütəxəssis Fernandu Santuş gətirildikdən sonra futbol üzrə Azərbaycan yığması qələbə üzünə həsrətdir.
Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində özünə aid torpaq sahəsində evinin qanunsuz uçurulduğunu deyən Qarabağ müharibəsi veteranı Ceyhun Ağayevi icra başçısı cəzalandırmaq istəyir.
"Məhkəmə keçirib bir illik həbsxana rejiminə köçürülməsinə qərar veriblər. Apardığım yeməkləri də istəmədi".
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov da həbs olunub.
Martın 14-də Binəqədi rayon Məhkəməsində Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə yanaşı, daha bir ictimai fəal haqqında həbs qərarı verilib.
"Meydan" televiziyası ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən Aynur Qəmbərova (Elgünəş) və Natiq Cavadlının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Bakı sakini Təbriz Quliyev "Yelo Bank"ın metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən filialında zorakılığa məruz qaldığını deyir.
"Formula-1" yarışlarının təşkilində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 398 min manatlıq yeyintidə təqsirləndirilən keçmiş şöbə müdiri Çingiz Mehdiyevə prokurorun 10 il həbs istəyində kəskin dəyişiklik olub.
Davamı