Keçid linkləri

2025, 05 İyul, şənbə, Bakı vaxtı 04:46
'Səfərovlar böhranı' böyüyür: 'Azərbaycan Rusiyanın təsirindən çıxır'
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

'Səfərovlar böhranı' böyüyür: 'Azərbaycan Rusiyanın təsirindən çıxır'

Canlı Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, əməliyyat zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Rusiya bildirir ki, reyd 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətllərin istintaqı çərçivəsində aparılıb.

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov "Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə görə" Rusiya vətəndaşlığından məhrum edilib. Qərar iyunun 18-də qəbul edilib.

İbrahimov 1967-ci ildə Ucarda doğulub. 1997-ci ildən Moskva vilayətində yaşayıb, 2018-ci ildən azərbaycanlıların regional muxtariyyətinə rəhbərlik edib.

2018-ci ildə Moskva vilayətinin qubernatoru seçkiləri zamanı o, Andrey Vorobyovun vəkili kimi çıxış edib.

Rusiya Teleqram kanallarının "nüfuzlu qanuni oğru" adlandırdığı azərbaycanlı Vaqif Süleymanov iyulun 3-də Moskvada saxlanılıb.

"Kommersant"ın məlumatına görə, buna səbəb Rusiyada qalma qaydalarının pozulması olub.

Süleymanov Saxarovdakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına göndərilib, orada üç ay qalacaq, bundan sonra Azərbaycana deportasiya olunacaq.

"Sputnik-Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxılıb

"Sputnik-Azərbaycan"ın Bakıda saxlanılan beş əməkdaşı iyulun 3-də barələrində ölkəni tərk etməməklə bağlı iltizam alınaraq sərbəst buraxılıb.

Bu qərar yalnız Azərbaycan vətəndaşlığı olan əməkdaşlara aiddir. "Sputnik-Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov həbsdə qalır. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

İyulun 1-də "Sputnik-Azərbaycan"ın ofisində axtarış aparılıb, 7 nəfər saxlanılıb.

"Sputnik-Azərbaycan" bağlanır

Kremlə yaxın "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov "Sputnik-Azərbaycan"ın bu ölkədə fəaliyyətini davam etdirməsi üçün şəraitin olmadığını bildirib.

""Rossiya Seqodnya" "Sputnik-Azərbaycan"ın rəhbərləri olan iki Rusiya vətəndaşının artıq dördüncü gündür Bakıda saxlanmasından dərin narahatdır. Onlarla birlikdə redaksiyanın bir neçə əməkdaşı - Azərbaycan vətəndaşları da saxlanıb... Təəssüflə bildiririk ki, bu gün "Sputnik-Azərbaycan"ın bu ölkədə fəaliyyətini davam etdirməsi üçün heç bir şərait yoxdur... Əməkdaşlarımız əsassız ittihamlarla üzləşiblər, uydurma bəhanə ilə həbs olunublar. Öz tərəfimizdən jurnalistlərimizin hüquqi müdafiəsini bütün mövcud vasitələrlə təmin edəcəyik", - bəyanatda vurğulanır.

Davamı

XS
SM
MD
LG